Əməkdar artist Bəhram Bağırzadənin anası Tahirə Əfəndiyeva vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onun koronavirusdan öldüyü bildirilir.
Bir müddət əvvəl Bəhram Bağırzadə anasının komaya düşdüyü barədə feysbuk səhifəsində məlumat paylaşmış və kömək istəmişdi: "Anam komadadır, COVID-19 virusundan ağır vəziyyətdədir və ona təcili qan köçürülməlidir.
Hansı qrupun olması vacib deyil, əsas odur ki, kimsə bankı doldurmaq üçün təzə qan bağışlasın. İmkan varsa bu vəziyyətdə mənə kömək edin!"