Biləsuvar rayonunda silahlı insident törədən şəxs tutulub.
Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən xuliqanlıq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini A.Vəlizadənin ətrafında aparılan tədbirlərlə onun silah gizlətdiyi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkar edilib.