20 Yanvar 2021 11:52
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini N.Yusifovun idarə etdiyi “MAN” markalı yük avtomobili Bərdə rayon sakini Ə.Fətəliyevin idarə etdiyi “MTZ” markalı traktorla toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ə.Fətəliyev orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov