25 Yanvar 23:27
249

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Teleqraf.com-un məlumatına görə, partlayış nəticəsində 8 nəfər yaralanıb.

Ələzova Simayə Mövlud qızı - 1968-ci il təvəllüdlü

Şükürzadə Xədicə Bəxtiyar qızı - 2006-cı il təvəllüdlü

Musayeva Ziyafət Qafar qızı - 1985-ci il təvəllüdlü

Musayeva Fatimə Vüsal qızı - 2012 ci il təvəllüdlü

Musayev Vüsal Firudin oğlu - 1983-cü il təvəllüdlü

Musayev Firudin Vüsal oğlu - 2009-cu il təvəllüdlü

Əliyev Emil Arif oğlu - 1989-cu il təvəllüdlü

Hüseynov Arif Əbülfəz oğlu - 1988-ci il təvəllüdlü

Qeyd edək ki, Musayev Vüsalın vəziyyəti ağırdır.


Müəllif: Teleqraf.com