27 Yanvar 2021 12:01
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Polislər tərəfindən Şəhriyar qəsəbəsində yerləşən çayxanaya baxış zamanı obyekti işlədən şəxsin və 9 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən olunub.

Onlar polis şöbəsinə dəvət edilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.


Müəllif: Hacı Zeynalov