Yanvarın 17-də Qara dənizin Türkiyə hissəsində, Bartın bölgəsindəki İnkumu sahillərinə yaxın ərazidə batan “Arvin” yük gəmisinin qəzaya uğramasının səbəbi məlum olub. Belə ki, gəmi güclü fırtına səbəbindən ikiyə bölünərək qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə KİV-ləri gəminin iki hissəyə bölünməsini əks etdirən videogörüntülər yayıb.
Qeyd edək ki, Panama dövlət bayrağı ilə üzən “Arvin” Gürcüstandan Bolqarıstana səfər edərkən qəzaya uğrayıb. Güclü fırtınada baş verən qəza nəticəsində müxtəlif ölkələrdən olan heyət üzvlərindən altı nəfər xılas edilib, üç nəfərin meyidi tapılıb, üç nəfəri isə itkin düşüb.
Axtarış-xilasetmə işlərini Türkiyə tərəfi həyata keçirib.