Fevralın 2-də Xəzər dənizində maqnitudası 3.5 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 13:03-də qeydə alınıb.
Zəlzələnin ocağı 58 kilometr dərinlikdə yerləşib.