8 Fevral 2021 11:12
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda daha bir zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən xəbərə görə, zəlzələ saat 08:12-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

***

Hacıqabulda yenidən zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a bildirilib ki, zəlzələ saat 08:11-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Hacıqabul rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3.9, dərinliyi 3 km olub.

***

Hacıqabul rayonunda zəlzələ olub.

Bu barədə Teleqraf.com-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4, dərinliyi 3 km olan yeraltı təkan hiss olunmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər