Bakının Nəsimi rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş M.Nadirov həbs olunub.
Onun Bakı şəhərində yaşadığı mənzilə baxış zamanı oradan “Makarov” markalı tapança və 6 ədəd patron aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.