22 Fevral 2021 13:08
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda qadına qarşı soyğunçuluq edilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda 2 nəfər bir qadına zor tətbiq edib pulqabısını alıblar.

Həmin vaxt ərazidə xidmət aparan Post-Patrul Xidməti əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində həmin şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri - Əmiraslanov qardaşları olmaları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov