22 Fevral 2021 13:30
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Aşağı Quşçu kənd sakinləri A.Səmədovun və M.Məmmədovun idarə etdikləri avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və iki sərnişin xəstəxanaya yerləşdirilib, M.Məmmədov orada ölüb.

Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov