3 Mart 2021 17:52
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, Mercedes" markalı minik avtomobili "KamAz" markalı yük maşını ilə toqquşub.
Qəza zamanı 6 nəfər xəsarət alıb. Onlar Bakı şəhər sakinləri Mustafayev Mübariz Əhməd oğlu, Mustafayeva Leyla Yasin qızı, Mustafayeva Dursun Məhəmməd qızı, Mustafayeva Bəsti Məhəmməd qızı, Mustafayeva Nəzrin Xəyyam qızı, İbrahimova Təravət Yasin qızıdır.
Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com