5 Mart 2021 09:23
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində quşçuluq sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, şəhərdə ümumi sahəsi 1000 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com