5 Mart 2021 12:36
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3 510 manat olan “E-manat” ödəmə terminalı, habelə obyektin kassasından 306 manat naməlum şəxslər tərəfindən oğurlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hadisə barədə polis əməkdaşlarına məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Binəqədi rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsi və 40-cı polis bölməsinin əməkdaşlarının qısa zamanda “isti” izlərlə həyata keçirdikləri birgə əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ramin Mahmudov və Rəvan Hümbətov saxlanılıblar.

Onların marketdən ödəmə terminalını oğurlamağa getmə anları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.

Ramin Mahmudov və Rəvan Hümbətov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər