6 Mart 2021 00:42
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

1940-cı il təvəllüdlü Eyvazov Edil Əli oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona onurğanın bel nahiyəsinin əziyi diaqnozu qoyulub.


Müəllif: Teleqraf.com