Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, Ədalət Vəkil Bürosunun rəhbəri, tanınmış vəkil Muxtar Mustafayev koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri sosial şəbəkədə yazıb.
O, qeyd edib ki, Muxtar Mustafayev bir müddətdir COVİD-19 yoluxub və hazırda dövlət tibb müəssisəsində stasionar şəraitdə müalicə alır: “Bu gün bir neçə günlük fasilədən sonra özü ilə şəxsən təmasda oldum. Muxtar müəllimin sağlıq durumu normaldır, ona göstərilən tibbi xidmətlərin səviyyəsindən tam razılığını bildirdi, hər kəsə öz salamlarını çatdırdı və müalicənin xüsusiyyətləri ilə bağlı zənglərə cavab verə bilmədiyi üçün üzrxahlıq etdi”.