28 Oktyabr 2014 12:47
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Leyla Abdullayeva: “Oğru həyatı təbliğ olunur, onlar haqda kitablar yazılır, musiqilər bəstələnir”

Milli Məclisdə kriminal aləmlə bağlı məsələ qaldırılıb.

Bu haqda deputat Leyla Abdullayeva çıxış edib.

Xanım deputat söyləyib ki, oğru dünyasının təbliğatı gedir və bu, pis nəticələr verə bilər: “Ayrı-ayrı şəxslər sanki oğru həyatını təbliğ edir, onlar haqda kitablar yazılır, musiqilər bəstələnir, sosial şəbəkələrdə səhifələr açılır.

Məncə, belə nəşrlərin, musiqilərin kitabların azad formada yayılması pis nəticələr yarada bilər. Mən bunu pedaqoq olaraq deyirəm. Fikrimcə, buna inzibati xətalar məcəlləsin vasitəsilə baxmaq olar. Bir çox ölkələrin təcrübəsi var. Orada film və kitablarla bağlı yaş məhdudiyyəti qoyulur. Düşünürəm ki, spirtli içkilər və tütün məmulatları ilə bağlı yaş senzi bizim üçün nümunə ola bilər”.

Nemət


Müəllif:

Oxşar xəbərlər