23 Mart 2021 21:56
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, martın 21-də Ucar rayon polis şöbəsinə rayonun Qarabörk kəndi ərazisində bir nəfərin kənd sakini L.Sadıqova zor tətbiq edərək üzlüyündə 100 manat pul və şəxsiyyət vəsiqəsi olan mobil telefonunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb.

Faktla bağlı Ucar rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər