31 Mart 2021 13:32
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunaraq saxlanılıb.

Teleqraf.com xəbər verir ki, rayon sakini S.Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyən olunub.

Həmin şəxslə izahedici söhbətlər aparılıb, əraziyə həkim briqadası dəvət edilib və o, koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

S.Məmmədova barəsində Şəki şəhər-rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər