Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsindəki mənzildə baş verib.
1992-ci il təvəllüdlü Aslanova Turanə Azər qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib. 29 yaşlı qadının hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.