Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi, 2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları rayon polis şöbəsinə təhvil verib.