Qusar rayon polis şöbəsinə müraciət edən şəhər sakini E.Kazımov mağazasına gəlmiş şəxslərin alış-veriş edib, 1 ədəd 100 dollarlıq saxta əskinas verməsini bildirib.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər - Gəncə şəhər sakinləri Q.Mahmudova və əvvəllər məhkum olunmuş S.Əliyev, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri E.Həsənov, O.Məmmədov və Sumqayıt şəhər sakini G.Eynullayeva saxlanılıblar.
Onlardan ümumilikdə 70 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.