29 Oktyabr 2014 14:09
1 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli Müsavat və AXCP-dəki istefalara münasibətini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, N.Cəfərlinin fikrincə, partiyadan gedən adamların bəyanatlarından görünən odur ki, insanlar şəxslərə görə partiyanı tərk edirlər: “Bir nəfər belə demir ki, mən ideoloji duruşa, dəyərlərə, qızmızı cizgilərə görə partiyadan gedirəm. Hamı şəxslərdən gileylənir, gedişini şəxslərə bağlayır. Çox təəssüf ki, partiyalarımız şəxslər üzərində qurulub, şəxslərə bağlı olub, dəyərlər və ideoloji qurumlar ola bilməyiblər. Sistem qura bilməyiblər ki, siyasi təşkilat saat kimi çalışsın, dəyərlərə və ideologiyaya söykənsin, şəxslərə bağlı olmasın, şəxslər partiyaya bağlansın. Qurucu şəxslər partiyadan gedəndə partiyalar böhran keçirir. Liderin partiyası modelindən, liderlərin dəyərlər üzərində ideoloji birliyi olan siyasi qurumlara keçməyin vaxtı çoxdan çatıb”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər