28 oktyabr 2014-cü il tarixdə Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Teleqraf.com-a partiyanın mətbuat xidmətindən məlumat verilib. Orada qeyd olunur ki, iclasda MNTK-nın bütün üzvləri iştirak edib.
"MNTK-nın iclasının gündəliyində üç məsələ olub:
1. MNTK sədrinin seçilməsi.
2. Qubad İbadoğlu tərəfindən MNTK-ya göndərilən Arayışa verilən ilkin Rəyin müzakirəsi.
3.Cari məsələlər.
MNTK sədrliyinə iki nəfər öz namizədliyini irəli sürüb. Sədr seçkisi gizli səsvermə yolu ilə keçirilib. Gizli səsvermə nəticəsində Sevinc Hüseynova səs çoxluğu ilə MNTK-nın sədri seçilib.
Gündəlikdə duran ikinci məsələ geniş müzakirə olunub və növbəti iclasda Qubad İbadoğluna Arayışla bağlı yekun rəyin təqdim olunması qərara alınıb.
Növbəti iclasın 30 oktyabr 2014-cü il saat 1600-da keçirilməsi nəzərdə tutulub.
Sonda cari məsələlərə baxılıb".
Ayxan