Şəkidə karantin rejimi qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərən kafe və çay evi aşkar edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı Baş Küngüt kəndində yerləşən kafenin və şəhər ərazisindəki “BMW” adlı çay evinin gecə saatlarında fəaliyyət göstərdiyi müəyyən olunub.
Həmin obyektlərin icarədarları - Azər Nəsrullayev və Vüsal Ağəmmədov, həmçinin 14 nəfər müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.