Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti reyd nəticəsində iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin mağazaların 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib edilərək hər biri 100 manat cərimə olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.