Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 058 yeni yoluxma faktı qeydə alınıb, 2 125 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 321 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 293 689 nəfər müalicə olunaraq sağalıb, 4 561 nəfər vəfat edib, aktiv xəstə sayı 23 130 nəfərdir.