Mayın 16-da Ağdaş rayon polis şöbəsi əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan şəhər sakini X.İmanıyev ictimai yerdə aşkar edilərək saxlanılıb.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.
Bundan başqa, Şirvan şəhər sakini Tehran İbrahimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.
Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan T.İbrahimovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, müəyyən edilən tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.