Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb.
Onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “TT” markalı tapança, həmin silaha məxsus 2 ədəd sandıqça və 5 ədəd patron aşkar edilib.
Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırmalar davam etdirilir.