Azərbaycanda zəlzələ qeydə alınıb.
Bu barədə Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 20:52-də Beyləqan rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.