18 İyul 2021 10:58
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bazar ərazisində bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, Göygöl rayon sakini, 1963-cü il təvəllüdlü Elxan Abdullayev keçmiş qudası, 1965-ci il təvəllüdlü Nemət Yusubov ilə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Nemət Yusubov Elxan Abdullayevi bıçaqlayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Cinayəti törədən Nemət Yusubov hadisə yerindən qaçıb.

Onun tutulması üçün tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov