Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən köhnə tikilidə transformator qutusunda yanmış kişi meyiti aşkar edilib.
Teleqraf.com xəbər verir ki, meyit müayinə olunmaq üçün Şirvan Şəhər Pataloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzinə yerləşdirilib.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.