25 İyul 2021 10:13
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayon polis şöbəsinin əməkdaşlarında rayon sakini, əvvəllər məhkum olunmuş Nürəddin Ələkbərovun qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əsaslı şübhələr yaranıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs şübhəli qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı Nürəddin Ələkbərovun üzərindən narkotik vasitə olan “tiryək” və “heroin” aşkar edilərək aşkar edilib.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Rayon sakini, əvvəllər məhkum olunumuş Elmin Uğurluyev saxlanılarkən üzərindən narkotik vasitə olan “heroin” aşkar edilib.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Murad Ələkbəri saxlanılıb və üzərindən narkotik maddə olan “heroin “ aşkar edilib.

Rayon sakini Hətəm Uğurluyev saxlanılan zaman isə ondan narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar olunub.

Maddi sübutlar ekspertizaya təqdim olunub.

Saxlanılan şəxslərlə bağlı Goranboy rayon polis şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov