Gəncə şəhərində ağır yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Əziz Əliev prospektində qeydə alınıb.
"VAZ 21 011" markalı avtmobili idarə edən 1995-ci il təvəllüdlü Əsədov Anar Gündüz oğlu idarə etməni itirib və evinin qarşısında dayanan iki nəfər piyadanı vurub.
Qəza zamanı sürücü də daxil olmaqla üş nəfər - 1947-ci il təvəllüdlü Reyhan Qocayeva və 1991-ci il təvəllüdlü Maksud Əliyev xəsarət alıb.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. Hər üç yaralının vəziyyəti ağırdır.