8 Avqust 2021 15:36
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayonun Qaraməryəm,Çərəcə, İnçə və şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində keçirilən toy məclislərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Karantin qaydalarını pozan toy sahibləri Əliqan Tahirov, Dadaş İsmayılov, Ələhəddin Qarayev və Əsgər Mütəllimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər