Dünən Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın hazırda 3 istiqamətdə - Abrıx, Solqucar, Damnıx kəndlərinin yüksək dağlıq ərazisindəki meşə sahəsində davam edir.
Teleqraf.com-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qrumunun rəsmisi Akif Məmmədov bildirib.
O qeyd edib ki, yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətlərinin yanğınsöndürənləri və 1 helikopteri, rayon icra hakimiyyətinin nümayəndələri, yerli kənd camaatı cəlb olunub.
“Yanğın mürəkkəb relyefli dağlıq ərazidə yerləşdiyi üçün ora yanğınsöndürən avtomobillər çıxa bilmədiyindən alovun qarşısını əl əməyi ilə almağa çalışırıq”, - deyə Akif Məmmədov bildirib.