22 Avqust 2021 14:07
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, Ruslan Muradovun döyülməsi ilə bağlı Qəbələ rayon polis şöbəsinə özü, yaxud yaxınları tərəfindən hansısa şikayət xarakterli müraciət daxil olmayıb.

Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib.

Ruslan Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib.

Hazırda həmin müraciət əsasında araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər