Daşkəsən rayon sakini, Kəlbəcər ərazisində minaya düşüb.
Teleqraf.com xəbər verir ki, Daşkəsən rayon Alaxançallı kənd sakini, 1964-cü il təvəllüdlü Şükür Əşrəf oğlu Tağıyev Daşkəsəndən Kəlbəcər ərazinə keçən atını gedib gətirmək istəyən zaman minaya düşüb.
O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Onun ayağı topuqdan aşağı kəsilib.
Faktla bağlı araşdırmalara başlanılıb.