23 Sentyabr 2021 21:58
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonda ümumi sahəsi 63 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 10 m² sahədə və içərisində 1 ədəd masa qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Teleqraf.com