Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun İvanovka kəndində “Opel” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü İbrahimov Ramil Mütəllim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.