Həbsdə olan sabiq millət vəkili Rafael Cəbrayılov vəfat edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl COVID-19-a yoluxan Raəfael Cəbrayılov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Rafael Cəbrayılovun çoxsaylı dələduzluq əməlləri törətməklə insanlara külli miqdarda ziyan vurduğu müəyyən edilərək Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.