Metronun “Əhmədli” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, koronavirus xəstəsi, 1999-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb:
“Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir”.