21 Noyabr 2021 09:44
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən noyabrın 20-si gecə saat 22 radələrində Göyçay şəhərində rayon polis şöbəsinin əməkdaşı polis baş serjantı Hüseyin Məmmədov xidmətdə olarkən idarə etdiyi xidməti FORD markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini 30 yaşlı Fərid Qurbanovu vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşı dərhal ona ilkin tibbi yardım göstərsə də o hadisə yerində vəfat edib.

Faktla bağlı müvafiq araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər