30 Noyabr 2021 15:18
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində vətəndaşların etibarından istifadə edərək bank kartlarından müxtəlif məbləğlərdə pulu mənimsəyən şəxslər saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bir qrup rayon sakini Laçın rayon polis şöbəsinə müraciət edərək müxtəlif məbləğlərdə pullarının mənimsənilməsi barədə məlumat veriblər.

Məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından istifadə edərək onlara məxsus bank kartlarından pulları çıxararaq mənimsəməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Ayxan Qarayev və Elmir Əliyev saxlanılıblar.

Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər