16 Dekabr 2021 12:00
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Hacıqabul rayon sakini P.Poladov dekabr ayının 15-də rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsindən bir ədəd 350 manat dəyərində olan su matorunun, mətbəx ləvazimatı və avtomobilinə məxsus dəyəri 500 manat olan ehtiyat hissəsinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayon sakinləri Hümmət Rəhmanov və Kamran Nəcəfov saxlanılıblar.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Hacıqabul rayon polis şöbəsində araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər