Göyçayda güllələnmə hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Göyçay rayon polis şöbəsinə dekabrın 25-də saat 1 radələrində rayonun Çarxanlı kəndi ərazisində kənd sakini T.Qasımovun atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən həmkəndlisi R.Qasımovun xəsarət alması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən müvafiq sənədləri olan “TOZ-53” markalı ov tüfəngi götürülüb.
R.Qasımov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.