5 Yanvar 2022 13:08
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda qardaşlarına balta ilə xəsarət yetirən bacılar saxlanılıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində baş verib.

Kənd sakinləri, 1979-cu il təvəllüdlü Nargilə Qəmbərova və onun bacısı, 1992-ci il təvəllüdlü Nadirə Qəmbərova qardaşları, 1982-ci il təvəllüdlü İlkin Qəmbərova balta ilə çoxsaylı bədən xəsarətləri yetiriblər.

İlkin Qənbərov xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlum olub ki, hadisəni törədən Nargilə və Nadirə ruhi əsəb xəstəsi olublar. Onların qardaşları İlkin isə Rusiyada yaşayıb. O, hadisədən bir neçə gün əvvəl Astaraya gəlib.

Hadisəni törədən Nargilə və Nadirə subaydılar və ata evlərində yaşayıblar.

Qeyd edək ki, Nargilə Nadirə bacıları hadisədən bir neçə gün əvvəl İlkinin ata evinin həyətində tikdirdiyi evin bir otağını yandırıblar.

Bacılar bu addımı atmalarına səbəb isə qatdaşlarının onlara qarşı pis davranması olub.

Bu hadisədən xəbər tutan İlkin yanvarın 4-də Astaraya gəlib və bacılarını polisə verəcəyini deyib. Gecə saatlarında isə bacılar qardaşı yatdığı zaman ona hücum edərək xəsarətlər yetiriblər.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov