17 Yanvar 2022 14:45
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan şəhərində avtomobil ər və arvadı vuraraq öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 14-də saat 21 radələrində Naxçıvan şəhəri ərazisində baş verib.

Babək rayon sakini C.Əliyev idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Hacıağa Əsgərovu və onun həyat yoldaşı Töhfəni vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən hər iki piyada yanvarın 15-də orada ölüblər.

Faktla bağlı Naxçıvan şəhər Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov