19 Yanvar 2022 09:18
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər yetirən şəxslər polis tərəfindən gecə ilə müəyyən olunaraq saxlanılıb. Heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib", - o deyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı.

* * *

08:05

Hacı Zeynalabdin Tağıyevin abidəsinin zədələnməsi araşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılıb.


Müəllif: Teleqraf.com