Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.
İki avtomobilin toqquşası zamanı 1969-cu il təvəllüdlü Aybəniz Tanrıveridyeva və onun bacısı, 1964-cü il təvəllüdlü Vəzifə Tanrıverdiyeva ölüb.
Yol qəzasında 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğlu və 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.